"Lit.az" portalı "Millinet" Milli İnternet Müsabiqəsinin mükafatçısıdır
18.12.2009
2009-cu il dekabr ayının 18-də Ambassador otelində Milli İnternet Forumunun təsis etdiyi "Millinet" İnternet Mükafatının təqdimat mərasimi keçirilib. Lit.az Ədəbiyyat Portalı müsabiqənin "Mədəniyyət, incəsənət və tarix" nominasiyasında Heydər Əliyev Fondunun "Azərbaycan" portalından sonra ikinci yerə layiq görülüb. Lit.az portalının aid olduğu "Proqres İnternet və Poliqrafiya Xidmətləri şirkəti"nin yaratdığı daha bir neçə sayt uğur qazanıblar. Belə ki, müsabiqənin "Qeyri-kommersiya saytı" nominasiyasında "Adam.az" elektron bazası birinci yerə, "Elm və təhsil" nominasiyasında "Telebe.az" Milli Tələbə Portalı isə 3-cü yerə layiq görülüblər. Xatırladaq ki, müasbiqədə 350 artıq veb resurs iştirak edirdi.