Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...

Sabir ƏhmədliSabir Əhmədli
Əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də təqaüd ayırırlar

 --------------------------------
Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Əkrəm ƏylisliƏkrəm Əylisli
Ədəbiyyata çox ciddi bir nəsil gəlməkdədir. Amma, hələ çalxalanma gedir
 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







 
Lit.az "Netty-2008" Milli Internet Müsabiqəsinin qalibidir
17.05.2008
“Netty       17 may Ümumdünya İnformasiya Cəmiyyəti günü Bakı Əyləncə Mərkəzində ənənəvi “Netty” Milli İnternet Mükafatının təqdimat mərasimi keçirildi. Uzun sürən səsvermə və təhlillərdən sonra (5 fevral-17 may) Lit.az portalı müsabiqənin “Mədəniyyət və incəsənət” nominasiyasında qalib gələrək birinci yerə layiq görüldü. Tədbiri giriş sözü ilə açan müsabiqənin təşkilat komitəsinin üzvü Vyaçeslav Sapunov “Netty” müsabiqəsi barədə ətraflı məlumat verdi. Bildirildi ki, bu il 4-cü dəfə təşkil olunan müsabiqədə 350 sayt namizədliyini irəli sürüb. Onlardan 11 nominasiyada 40-a yaxın sayt finala çıxıb. 11 sayt isə birincilik əldə edib. Beləliklə,
        “Dövlət saytı” nominasiyası üzrə- www.taxes.gov.az -Vergilər Nazirliyinin saytı
        “Korporativ sayt” nominasiyası üzrə - www.bankrespublika.az- “Bank Respublika”nın saytı
        “Elm, təhsil saytı” nominasiyası üzrə- www.katarakte.net- Katarakta əleyhinə mübarizə saytı
        “Mədəniyyət və incəsənət” nominasiyası üzrə - www.lit.az- Lit.az-Azərbaycanın Ədəbiyyat portalı
        “İnformasiya və xəbərlər” nominasiyası üzrə - www.novosti.az-
        “Xəbərlər-Azərbaycan” informasiya agentliyinin saytı
        “Servis sayt” nominasiyası üzrə - www.jobsearch.az- İş axtarışı portalı
        “Əyləncə saytı” nominasiyası üzrə - www.open.az- Əyləncəli musiqi saytı
        “İdman saytı ” nominasiyası üzrə - www.agf.az- Azərbaycan Gimnastika federasiyasının saytı
        “Azərbaycan” nominasiyası üzrə- www.museum.musigi-dunya.az - Üzeyir Hacıbəyovun Virtual Muzeyi
        “Şəxsi sayt” nominasiyası üzrə -www.adaletshukurov.az- Müğənni Ədalət Şükürovun saytı
        “Cəmiyyət” nominasiyası üzrə- www.4uth.az- Cənubi Qafqaz gənclərinin reproduktiv sağlamlığı saytı qalib gəldilər.

       Tədbirdə iştirak edən Lit.az ədəbiyyat portalının rəhbəri Cavid Cəfərzadə və baş redaktor Barat Talıbzadə təqdimat zamanı çıxış edərək müsabiqə barədə fikir söylədilər. “Bizim üçün çox dəyərli olan bu mükafata layiq görülərkən “Netty” müsabiqəsinin keçirildiyi ilk illəri xatırlayıram. Həmin vaxt müsabiqənin təşkilatçıları iddia edirdilər ki, müəyyən bir vaxt keçəcək və “Netty” Azərbaycanda ən ciddi və mötəbər müsabiqəyə çevriləcək. Zaman keçdi, illər ötdü və bizlər əmin olduq ki, bu iddialar əsassız deyilmiş. Bəli, bu gün birmənalı olaraq qeyd edə bilərik ki, “Netty” mükafatını təsis edənlər, qalibləri müəyyənləşdirənlər Azərbaycanda informasiya resurslarının, internet ehtiyatlarının, milli elektron kontentlərin ən obyektiv qiymətlərndirmə mexanizminə əsaslanır və öz işinin öhdəsindən layiqincə gəlir” deyə Cavid Cəfərzadə bildirdi. Öz növbəsində Barat Talıbzadə də çıxış edərək müsabiqənin təşkilatçılarına, “Netty” Akademiyasının münsiflərinə, eləcə də, Lit.az-ı finalçılar arasına çıxarmış virtual jüri üzvlərinə bütün kollektivimizin adından təşəkkür etdi. Mükafatı Lit.az-ın nümayəndələrinə təqdim edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Habil Abbasov və Azərbaycan Respublikası Gənclər və İdman nazirliyin nümayəndəsi də çıxışında qalib portal barədə xoş sözlər səsləndirdi, resursun əhəmiyyətindən danışdı.
       Tədbirdə qaliblərə “Netty”nin simvolu, diplom, eləcə də, “Gigatech” şirkətilə “Əli və Nino” kitab evinin qiymətli hədiyyələri təqdim olundu. Rəsmi təqdimat mərasimindən sonra qaliblərin şərəfində ziyafət verildi, bir sıra mədəniyyət və incəsənət nümayəndləri çıxış etdi. Xatırladaq ki, müsabiqənin yayım hüququ “Space” televiziyasına məxsusdur. Təntənəli təqdimat mərasimi bu günlərdə sözügedən kanal vasitəsilə efirə gedəcək.
        Sonda bir daha bizi finalçılar arasına çıxarmış, bəlkə də heç zaman adını bilməyəcəyimiz, üzünü görməyəcəyimiz 62 nəfər virtual jüri üzvünə-sıravi internet istifadəçilərinə öz təşəkkürümüzü bildirirk. Sizlər, onlayn səsvermə zamanı portalımıza dəstək olmasaydınız bu gün Lit.az qalib gəlməyə bilərdi. Minnətdarıq.

Elşən Çingiz

Tədbirdən fotolar

“Netty
“Netty














“Netty
“Netty














“Netty
“Netty














“Netty
“Netty














“Netty
“Netty














“Netty
“Netty














“Netty
“Netty














 
 
   

çap versiyası  
poçtla göndər
© Lit.az             


  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107