Yazıçı Çingiz Aytmatov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
16.05.2008
Lit.az xəbər verir ki, tanınmış qırğız yazıçı Çingiz Aytmatov Tatarıstanın Qazan şəhərində xəstəxanaya yerləşdirilib. Buna səbəb yazıçının böyrək çatışmazlığından əziyyət çəkməsi olub. Faktı Tatarıstanın Səhiyyə nazirliyindən də təsdiqləyiblər. Həkimlər 80 yaşlı yazıçının vəziyyətini qənaətbəxş hesab etmir. Pasientə bu saatlaradək ciddi reanimasiya rejimində nəzarət olunur. Xatırladaq ki, Çingiz Aytmatov onun haqqında "Əsrə bərabər gün" adlı sənədli film çəkən "Rusiya" telekanalının çəkilişlərində iştirak etmək məqsədilə Tatarıstana gəlib. Burada yazıçının ana xəttilə ulu babaları dəfn olunub. Xəstəxanaya yerləşdirildikdən 1 saat sonra yazıçı Tatarıstan prezidenti Mintimer Şaymiyevlə görüşəcəkmiş.