International Journal of Academic Research
ISSN 2075-4124
Hörmətli tədqiqatçılar, aspirant və doktorantlar!
Lit.az ədəbiyyat portalı Sizi Azərbaycanda ilk ingilisdilli beynəlxalq elmi jurnalda məqalə dərc etdirməyə dəvət edir. "Elmi Tədqiqatların İnformasiya təminatı Mərkəzi" (Lit.az) və "Proqres" Poliqrafiya şirkətinin birgə təsis etdiyi jurnal "International Journal of Academic Research" (Beynəlxalq elmi araşdırmalar jurnalı) adlanır. AR Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək (№2996) mətbu nəşrlərin reystrinə daxil edilən orqanın ilk sayı sentyabrın əvvəllərində nəşr olunacaq. İldə 6 dəfə işıq üzü görəcək "International Journal of Academic Research" dərgisinin redaksiya heyətinə həm Azərbaycandan, həm də ABŞ, İngiltərə, Almaniya, Danimarka, Hollandiya və başqa ölkələrdən professorlar daxil olub. Jurnal "Beynəlxalq Standart Seriya Nömrəsi" təşkilatında da (l'ISSN, Paris, Fransa) qeydiyyatdan keçərək beynəlxalq elmi jurnal statusu qazanıb (ISSN 2075-4124). Elmi jurnalın yaradılmasında əsas məqsəd uzun müddət yerli elmi jurnallarımız üçün əlçatmaz olan Tomson və Scopus siyahısına (Web of Science, Art&Humanities və s.) düşməkdir. Sözügedən siyahılara düşmək üçünsə jurnala və Azərbaycanlı elm adamlarının tədqiqatlarına istinad göstəriciləri yüksək olmalı, maqələlər ingilis dilində nəşr edilməlidir.
Jurnalın mübadilə yolu ilə ilk abunəçiləri ABŞ-nin Konqres və Paris Milli Kitabxanalarıdır. Azərbaycan elminin beynəlxalq ictimaiyyətə çatdırılması, yerli alimlərlə müxtəlif ölkələrin alimləri arasında elmi kommunikasiyaların yaradılması nəşrin qarşıya qoyduğu başlıca vəzifələrdəndir. Səhifələrin sayından asılı olmayaraq 1 məqalənin dərc olunma qiyməti 30 AZN-dir. Məqalələr avqustun 20-dək qəbul olunur. İngilis dilində elmi məqalələrini jurnalda dərc etdirmək istəyən alimlər aşağıdakı ünvana müraciət edə bilərlər.
Ünvan: AZ1001, Bakı ş. İstiqlaliyyət küç 8. Tel: 050 531 71 84
Həmçinin info @ lit.az ünvanına məktub yazmaqla qaydalar və şərtlər barədə əlavə məlumat əldə etmək mümkündür (məktubda müəllifin adı və soyadı, tədqiqat sahəsi qeyd olunmalıdır, əks təqdirdə redaktorlar müraciətə baxmayacaqlar).
Redaksiya
çap versiyası
poçtla göndər
© Lit.az
|