Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...

Sabir ƏhmədliSabir Əhmədli
Əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də təqaüd ayırırlar

 --------------------------------
Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Əkrəm ƏylisliƏkrəm Əylisli
Ədəbiyyata çox ciddi bir nəsil gəlməkdədir. Amma, hələ çalxalanma gedir
 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







Manuel Puiq: Dünya heç vaxt müdrik olmayacaq

       Manuel Puiq 1932-ci ildə Argentinanın General-Vileqas şəhərində doğulub. Uşaqlıqdan kinonun vurğunu olub. Elə məhz bu vurğunluğun hesabına da ingilis dilini öyrənib. 1946-cı ildə Buenos-Ayresə köçüb. Həmin vaxtdan Amerika məktəbinə gedib, sonra bir müddət arxitekturaya həvəs göstərib. 1951-ci ildə isə Manuel Buenos-Ayres Universitetinə daxil olub. 1955-ci ildə o, Eksperimental Kinematoqraflar Mərkəzinin təqaüdçüsü olur və Romaya oxumağa gedir. Lakin burada öyrədilənlər onun gözlədiklərilə qətiyyən uyğun gəlmir və o, Avropanı səyahətə çıxır. Puiq Parisdə, Londonda, Stokholmda yaşayır, müəllim, film direktorunun köməkçisi, qabyuyan, subtitr tərcüməçisi işləyir. Elə həmin vaxtlarda da Puiq ilk kitabını yazır. "Air France"-də işə düzəlməyi onun Nyu-Yorka gəlib çıxmasına kömək edir. Tezliklə Puiq Kolumbiya Universitetində məruzə oxumağa başlayır. 1967-ci ildə yazıçı vətənə qayıdır, 1968-ci ildə isə onun qismən avtobioqrafik xarakter daşıyan debüt romanı - "Rita Xeyvortun satqınlığı" çap olunur. 1974-cü ildə İzabel Peron rejiminin yürütdüyü siyasi xəttin, repressiya təhlükəsinin tənqidi hiss edilən "Buenos-Ayresdəki iş" (1973) romanı çıxdıqdan sonra Puiq ölkəni tərk etmək məcburiyyətində qalır. Bir müddət Braziliyada məskunlaşan yazıçı 1976-1980-ci illərdə ABŞ-da yaşayır. 1976-cı ildə Barselonada (İspaniya) Manuel Puiqin ən məşhur romanı hesab edilən "Qadın-hörümçəyin öpüşü" əsəri işıq üzü görür. 1982-ci ildə yazıçı əsərinin səhnə verisiyasını da işləyir. 1985-ci ildə isə Argentina rejissoru Ektor Babenko roman əsasında eyniadlı film çəkir. Baş rollarda Uilyam Xert və Raul Xuliaunun oynadığı bu film "Oskar"a namizədlər sırasına düşür. Onun "Bu səhifənin oxucularına əbədi lənət" (1982), "Qızılgül buketinin sirri" (1987) və s. əsərləri də kifayət qədər şöhrət qazanır. 1989-cu ildə Manuel Puiq Meksikanın Kuernavaka şəhərinə köçür. Ömrünü 1990-cı il iyulun 22-də elə burada da başa vurur. Dünyanın ən məşhur yazıçıları sırasına düşmüş Manuel Puiqlə müxtəlif illərdə ayrı-ayrı nəşrlərdə çap olunmuş müsahibələrdən seçilmiş parçalar əsasında hazırlanmış materialı Sizə təqdim edirik.

- Oxucu amili yazıçılığınızda hansısa rol oynayırmı? Məsələn, roman yazanda gələcək oxucunuzu təsəvvür edə bilirsinizmi?
- Başa düşürəm ki, mənim kimi ona da fikrini toplamaq və bir məsələyə uzun müddət diqqət yetirmək çətindir. Fikrimcə, bu, ona görə belədir ki, mən oxucudan çox kinotamaşaçıyam. Buna görə də mən oxucumdan xüsusi bir diqqət tələb eləmirəm.

- Amma Sizə elə gəlmir ki, hər halda iki əhvalatı eyni vaxtda danışmaq və yaxud bir hekayəni bir neçə nöqteyi-nəzərdən nəql etmək oxucunu yora bilər...
- Mən düşünmürəm ki, axmaq və küt oxucu üçün yazıram.

- Tənqidçilər haqqında nə deyə bilərsiniz?
- Onlar heç nədə mənə kömək edə bilmədilər. Əksinə, böyük əksəriyyəti mənim nə yazdığımı başa düşmədilər. Ona görə də hədər yerə vaxtlarını itirdilər.

- Amma hər halda Siz onların yazdıqlarını oxuyursunuz.
- Bəli, bəli, əlbəttə. Mən elə yazıçılardan deyiləm ki, haqqımda nəhəng elmi axtarışlar aparılsın. Hərçənd axır vaxtlar bu həvəsə düşənlərə rast gəlirəm. Təəssüf ki, mənim əsərlərimə reaksiyalar çox qısa olur.

- Ədəbi aləmdə Sizin üçün nümunə olan yazıçı varmı? Sizin kinoya, baletə, rəqsə həvəsiniz barədə çoxları bilir, amma ədəbi ehtiraslarınız barədə çox az danışırsınız.
- Kumirim adlandıracağım elə bir müəllif yoxdur. Heç vaxt heç bir yazıçı yaradıcılığıma təsir etməyib. Mənə ancaq kino təsir edib. Mən Alfred Hiçkokla çox yaxınlıq etmişəm. Ədəbiyyata gəlincə, XX əsr yazıçılarından Uilyam Folkner və Frans Kafkanı çox bəyənirəm. Amma bu, o demək deyil ki, mən onları birnəfəsə oxuyuram.

- Siz niyə məhz roman yazırsınız?
- Çünki ətrafımdakı gerçəkliyi axıradək başa düşə bilmirəm. Mən nə edirəm - öz şəxsi problemimi qəhrəmanımın üzərinə qoyuram və onu həll etməyə başlayıram. Beləcə əsərlərim meydana çıxır. İçərimdə nəsə öz problemim barədə hündürdən danışmağa imkan vermir. Amma istədiyimə qəhrəmanımın köməyilə nail oluram. Bu, daha asandır. Məni narahat edən məsələlər isə kifayət qədər mürəkkəbdir, bunun həllinə bir hekayə və ya film azlıq edir. Bu hardasa özünüterapiyadır. Roman yazmaq mənim könüllü seçimimdir. Bu, daha çox məcburi ehtiyacdan irəli gəlir. Mən ona görə roman yazıram ki, burada düşünməyə, götür-qoy etməyə yer var.

- Gənc yazıçılara məsləhətiniz...
- Bir dəfə Xuan Rulfo (Puerto-Rika nasiri və dramaturqu - red.) gənc yazarlara məsləhət bildi ki, çox oxumaq lazımdır. Mən bununla razı deyiləm. Mən başa düşürəm ki, mütaliə yazıçıya ədəbiyyatda öz yerini dərk etmək imkanı verir, amma eyni zamanda tormozlaşdırmaya da səbəb olur. Niyə? Ona görə ki, əgər başınız başqalarının ədəbi ideyaları ilə dolursa, orada sizin öz şəxsi ideyalarınız üçün yer qalmayacaq. Hərdən mənə elə gəlir ki, ümumiyyətlə, başqalarının nə etdiklərini unutmaqla, bütünlükdə dünyadan təcrid olunmaqla, hər şeydən azad olmaqla qiymətli nəsə yartmaq mümkündür. Mənim başqa bir məsləhətim: heç vaxt formanın məzmun üzərində ağalıq etməsinə imkan verməyin. Həmişə çalışın ki, real situasiyanı araşdırıb onun həlli yollarını tapasınız.

- Necə hesab edirsiniz, yazıçılığınız Sizi başqalarından üstün göstərmir ki?
- Bir neçə kitab yazmağım o demək deyil ki, mən kargüzardan, santexnikdən artıq adamam. Vur-tut istedadım, intellektim bir az artıq ola bilər. Amma əslində nə ağlımla, nə də hisslərimlə mən qonşumdan qətiyyən fərqlənmirəm.

- Kitablarınızın dəyərli olub-olmaması, adınızın tarixdə qalıb-qalmaması Sizin üçün nə dərəcədə maraqlıdır?
- Belə şeylər heç vaxt məni qayğılandırmayıb. Mənim üçün ən əsası yazmaq imkanımın olmasıdır. Şöhrət qazanacağam, ya yox, məni qətiyyən narahat etmir.

- Şöhrət pulun sinonimidir?
- Hərdən hə, hərdən yox. Milyonçu yazıçı, demək olar ki, yoxdur. Bu, istisnadır. Məsələn, Qarsiya Markes Nobel mükafatı alandan sonra xeyli varlandı. Amma yenə də milyonçu deyil. Mən bildiyimə görə, ədəbiyyat aləmində milyonçu yoxdur.

- Pulun quluna çevrildiyiniz vaxt olubmu?
- Xeyr, əlbəttə, xeyr. Pul vur-tut hansısa sevindirici hissə çatmaq üçün vasitədir. Bu sevinc hissi isə mənim üçün puldan min dəfə vacibdir. Yadımdadır, Nyu-Yorkda axırıncı yüzlük dollarımı necə xərclədim. Onu taksi sürücüsünə çay pulu kimi ona görə verdim ki, onun reaksiyasından həzz alım.

- Gələcəyinizi təmin etmək barədə düşünmüsünüzmü?
- Gələcəyi təmin etməyə can atmaq - tərtəmiz burjua elementləridir. Gələcəyi təmin etmək mümkün deyil. Gələcək qeyri-müəyyənliklərlə, gözlənilməzliklərlə doludur. Heç kim bilmir o nədir və necədir...

- Yazıçının hakimiyyət məmuru olmasına necə baxırsınız? Sizcə, bu, onun ədəbi yaradıcılığı üçün böyük bir maneə deyilmi?
- İqtisadi baxımdan bu nə qədər yaxşıdırsa, yaradıcılıq üçün bir o qədər zərərlidir. Yazıçı sərbəst olmalıdır, müstəqil olmalıdır, o, heç kimə qulluq etməməlidir.

- Yazı prosesində özünüzə sahiblik edə, hisslərinizi, düşüncənizi nəzarətdə saxlaya bilirsinizmi?
- O adam yazıb-yaratmağa başlayar ki, özünü tam sərbəst hesab etsin, məqsəd və vasitə seçimində müstəqil olsun. Heç bir daxili vəziyyətim məni özümün əleyhinə getməyə vadar edə bilməz. Mən həmişə özümü dərk və ifadə etmək istəmişəm. Bu yolda da həmişə maneələrə rast gəlmişəm.

- Elə anlar olubmu ki, ədəbiyyatın hansısa siyasi hadisələr kontekstində ikinci plana keçdiyini düşünəsiniz?
- Xeyr, heç vaxt belə düşünməmişəm. Demirəm ki, ədəbiyyat hər şeydən vacibdir. Amma məsələ bundadır ki, mən yazmağa çox böyük ehtiyac duyuram. Və fikirləşirəm ki, mən də hamı kimi siyasətlə məşğul oluram, amma ədəbiyyat vasitəsilə. Mən əminəm ki, ədəbiyyatın funksiyası xilas etməkdir və öz funksiyasını çox gözəl yerinə yetirir.

- Necə bilirsiniz, insan azaddır?
- Ehtimal edirəm ki, bu, utopiyadır. Bineyi-qədimdən hamıya elə gəlir ki, insan azaddır. Əslində isə istənilən heyvan insandan azaddır.

- Sizcə, insanın azadlığını əlindən alan nədir?
- Səbəblər müxtəlifdir. Məsələn, lap əvvəldən biz yazıqlar insan nə deyirsə, nəyə icazə verirsə, onu edirik.

- İfadəmə görə üzr istəyirəm, demək istəyirsiniz ki, insanın başına ip salıb aparırlar?
- Bəli, məhz bunu demək istəyirəm. İnsanı doğulan kimi əhilləşdirməyə başlayırlar. Sonra bütün ömrü boyu o, sahibinin çaldığı havaya oynayır. Əvvəlcə anasının və ya atasının, sonra müəlliminin, sonra müdirinin, sonra da sevgilisinin və arvadının.

- Axı insan azad doğulur...
- Bəli, bəli, sərbəst doğulur, amma yenə təkrar edirəm, onun birinci öyrəndiyi şey üzüyolalıq olur.

- Belə çıxır ki, o, quldur.
- Bəli, quldur. Bu qulluq isə valideynlərə itaətdən başlayır.

- Jan Pol Sartrın bir sözü var: "İnsan özü özünü yaradır və bunu necə edirsə, gələcəyi də elə olur".
- Sartr nə gəldi deyə bilər, əslində isə insan daim valideynlərinin ona verdiyi instruksiya əsasında yaşayır.

- Deməli, o, buna məhkumdur və heç bir başqa yolu yoxdur?
- Yüz faiz belədir. Çərçivədən kənara çıxa bilər, amma real çıxış və tam azadlıq yoxdur.

- Belə çıxır ki, bizim bütün bəlalarımızın baiskarı valideynlərimizdir və bununla barışmaq lazımdır.
- Niyə ki? İnsan çox şey edə bilər. Biz öz başımızla yaşamalıyıq və əlimizdə olan bütün vasitələrdən istifadə edərək valideynlərimizin instruksiyasından xilas olmağa çalışmalıyıq.

- Ümumiyyətlə, Sizcə, həyat nədir?
- Həyat insanın öz fikirlərini gerçəkləşdirmək yollarının əbədi axtarışıdır.

- Uğura və uğursuzluğa nə dərəcədə əhəmiyyət verirsiniz?
- Hər ikisi illüziyadır.

- Dünya nə vaxt müdrik olacaq?
- Dünya heç vaxt müdrik olmayacaq, əgər hər bir insan ayrılıqda göməksizlikdən, kasıbçılıqdan, ədalətsizlikdən, tənhalıqdan keçməsə... Nə qədər ki, hər birimiz özlüyümüzdə təhqir olunmağın, alçaldılmağın nə demək olduğunu hiss etməyəcəyik, bu, elə də davam edəcək. Buna yalnız özümüzün kədərli təcrübəsi son qoy bilər.

Hazırladı: Nüşabə HÜSEYNLİ

çap versiyası  
poçtla göndər
© Lit.az             


  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107