Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...

Sabir ƏhmədliSabir Əhmədli
Əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də təqaüd ayırırlar

 --------------------------------
Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Əkrəm ƏylisliƏkrəm Əylisli
Ədəbiyyata çox ciddi bir nəsil gəlməkdədir. Amma, hələ çalxalanma gedir
 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







Heminqueyin bir oxucusu ilə söhbəti

Ernest Heminquey - Cənab Heminquey, sizin ölkədə yaxşı yazıçılar  olubmu?

  - Olub. Henri Ceyms, Stiven Kren və Mark Tven. Mən onların adını sıra nömrəsiylə çəkmədim. Yaxşı yazıçıların sıra nömrəsi olmur.

  - Mark Tven yumoristdi. Qalan o iki nəfəri isə tanımıram.

  - Bütün Amerika ədəbiyyatı Mark Tvenin bircə kitabından-"Heklberri Finn" povestindən çıxıb. Əgər bu kitabı oxumaq istəsəz, orda zənci Cimin oğurlanması səhnəsinə diqqət verin. Bax, əsl sonluq belə olmalıdı. Yerdə qalanı isə uydurmadı. Lakin bizim bundan yaxşı kitabımız olmayıb.

  - İndi də?

  - Bəli.

  - Bayaq siz Stiven Kreynin adını çəkdiz...

  - Kreynin iki əla hekayəsi var: "Qayıq", bir də "Mavi otel". "Mavi otel" daha yaxşıdı.

  - Bəs cənab Kreynin özü hardadı?

  - Ölüb.

  - Ölüb?

  - Burda təəccüblü nə var ki?. O, anadan olandan ölməklə məşğul idi. Axırda öz arzusuna çatdı.

  - Bəs o biri iki nəfər?

  - Onlar çox yaşadılar. Lakin təəssüf ki, yaşları artsa da, müdriklikləri artmadı. Bu da təəccüblü deyil. çünki Amerikada bir allah bilir ki, yazıçıların başına nə oyun açılır.

  - Başa düşmədim.

  - Onu demək istəyirəm ki, bizdə yazıçıları məhv edirlər. Bunun da müxtəlif yolları və üsulları var. Birincisi də iqtisadi məsələdi. Bizdə yazıçılar azacıq tanınan kimi var-dövlət yığmağa girişirlər. Yazıçı isə yalnız risqə getməklə pul yığa bilər.

  - Siz risq deyəndə nəyi nəzərdə tutursuz?

  - İstedadı hərraca qoymağı!

  - Bu necə olur?

  - Çox asan. Yazıçı hansısa mücərrəd arzu, istək naminə yox, varlanmaq xatirinə yazır. Varlanır, firavan, gen-bol yaşamağa öyrəşir və bununla da tələyə düşür. İndi o daima yazmağa məcburdur ki, firavan həyatdan məhrum olmasın. çünki o, belə bir həyata öyrəşib və güzəranını başqa cür təsəvvür etmir. Bunun nəticəsidi ki, yazıçı sözü tükənəndə də yazmağa davam edir. Amma nə yazır?

 -  Nə yazır?

  - Maklatura. Onun qələmində əsər yox, növbəti maklatura qalağı çıxır. Bəzən başqa cür də olur. Yazıçı özü haqda çıxan tənqidçi fikirlərini, rəylərini oxumağa aludə olur. Özü haqdakı mədhiyyəni oxuyanda tənqidçinin "mötəbər" fikrinə inanırsa, sonralar tənqidçi onu top atəşinə tutanda da ona inanır. Bunun axırı onunla qurtarır ki, yazıçı özünə olan inamı itirir. Bizim iki yaxşı yazıçımız var. Amma indi heç nə yaza bilmirlər. Çünki o qədər tənqidi məqalə oxuyublar ki, öz güclərinə inamı itiriblər. Onlar yazmağa belə qorxurlar. Onlara elə gəlir ki, mütləq şedevr yaratmalıdırlar, çünki tənqidçilərin "mötəbər" fikrinə görə, guya əvvəllər onların qələmindən məhz bu cür şedevrlər çıxırdı. Əlbəttə bunlar şedevr-zad deyildi, babat əsərlərdi. Əgər onlar yazmaqda davam etsəydilər, hərdən bu cür babat, hətta yaxşı əsərlər də yaza bilərdilər. Amma indi onlar yazmaqdan belə qorxurlar.

  - Onların adı nədi?

  - Onları adı sizə heç nə deməyəcək. Ola bilsin ki, son vaxtlar onlar nəsə yeni bir şey yazıblar. Amma çap elətdirməyə qorxurlar. İndi oturublar evlərində qısırlıqlarından əzab çəkirlər.

  - Siz Amerika yazıçılarının ümumi taleyindən danışırdınız...

  - Mən keçmiş dövrlər haqda heç nə deyə bilmərəm, çünki o vaxtlar mən hələ anadan olmamışdım. Amma bizim günlərdə yazıçılar qəribə oyunlardan çıxırlar. Müəyyən yaşda kişi yazıçılar dönüb olurlar deyingən qarı. Qadın yazıçılar isə heç bir əsasları olmaya-olmaya özlərini Janna Dark zənn edirlər. Və bu yazıçıların hər iki cinsi xalqın mənəvi atası, lideri iddiasına düşürlər. özü də dəxli yoxdu ki, onların arxasınca gələn var, ya yox; onları sayan var, ya yox. Əgər yoxdursa, özlərinə pərəstişkar, mürid uydururlar. İşdir, əgər onun özünə mürid uydurduğu şəxs etiraz edib desə ki, mən sənin pərəstişkarın deyiləm, nahaq məni özünə mürid uydurmusan, xeyri olmayacaq, yazıçı həmin şəxsi xəyanətdə taqsırlandıracaq.

  - Bəs siz?

  - Mənim başqa əyləncələrim çoxdu. Mən həyatımdan hədsiz razıyam. Lakin mən mütləq yazmalıyam. çünki gün ərzində mən filan qədər yazmasam həyatımın qalan əyləncələri mənim üçün öz marağını büsbütün itirmiş olar.

  - Siz həyatdan nə istədiyinizi bilirsiz?

  - Dəqiq bilirəm və istədiyimi də əldə edə bilirəm.

  - Məsələn, nə əldə eləyirsiz?

  - İstədiyimi!

  - İstədiyiniz nədir?

  - Müxtəlif şeylər.

  - Bunun üçün yəqin ki, xeyli vəsait tələb olunur?

  - Mən lazım olduğu qədərində qazana bilirəm. Bir də ki, mən bəxtli adamam.

  - Deməli, siz xoşbəxtsiniz?

  - Bəli, xoşbəxtəm. Başqa adamlar haqda düşünmək lazım gəlməyəndə hədsiz xoşbəxtəm...


Ernest Heminqueyin öz oxucusu ilə söhbətindən

çap versiyası  
poçtla göndər
© Lit.az             


  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107