Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...

Sabir ƏhmədliSabir Əhmədli
Əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də təqaüd ayırırlar

 --------------------------------
Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Əkrəm ƏylisliƏkrəm Əylisli
Ədəbiyyata çox ciddi bir nəsil gəlməkdədir. Amma, hələ çalxalanma gedir
 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







Çingiz Aytmatov: Məncə, arada bir susmaq da lazımdır

 

     Görkəmli yazıçı bir müddət öncə yeni bir romanını oxuculara təqdim edib. Bu sorğu həmin roman və Çingiz Aytmatovun son illəri haqqındadır.

   Çingiz Aytmatov on il idi ki, ədəbiyat aləmində susurdu. Artıq yeni bir nəsil yetişib ki, ədəbiyyat imtahanlarında "Cəllad kötüyü" və "Əlvida Gülsarı" əsərinin oxunmasına bir təhər baxırlar. Aytmatov Yeni Dünya Düzəni adlanan bir zamanda Qırğızstanın Yeni Dünya Düzənindəki yerini və onun siyasətini bəlirləyən bir missiyanı "Benilyuks" respublikasında ölkəsinin səfiridir. Və uzun illərdən bəri gözəlinlən an - Çingiz Aytmatov öz yeni romanını - "DAĞLAR YIXILANDA VƏ YAXUD ƏBƏDİ GƏLİN" romanı ortaya qoydü. Bu əsərdə keçmiş üçün nostologiya, mazi və bu gün üçün bir heyrət və ümid, qaranlıq bir dəhlizin, tunelin sonunda görünən bir işıq. Əsərin süjeti bir az mürəkkəbdir: şoudan və sadəcə biznesdən qovulan birisi ilk baxışda vurulur, insan oğurluqarı və atışmalar bunun davamı olaraq cərəyan edir. Bütün bunların əsasında-mifolji bir obraz olan, gecələr dağlarda dolanan və ağlayan bir ƏBƏDİ GƏLİN. İnsanlar tonqallar yandırır və onu çağırır.Amma o heç cür insanlara görünmür.

   *** 

   "ƏBDƏİ GƏLİN" bu bir həqiqət, - deyə Aytmatov sözə başlayır. Elə bir həqiqət ki, ona inanmaq lazımdır. Onsuz yaşamaq mümkün deyildir. 

   "MƏN SƏFİRƏM. KİTABLAR YAZMAĞA VAXTIM YOXDUR." 

   Həqiqi bir diplomat kimi bizimlə söhbətə Aytmatov zarafatla başlayır.

   - "Komsomolskaya pravda" mənim yeniyetməlik və gəncliyimin qəzetidir. Hər şey dəyişdi, çox şeylər alt-üst oldu, amma bu qəzet təkcə çıxmağa davam etmədi, həm də mənə el gəlir ki, yenə də populyar olaraq qalır. Çox xoşdur ki, məni xatırlamısınız. Sizdən bir az öncə mən Peterburqdan gəlmişəm. Orda mənim yeni romanımın təqdimatı keçirilirdi. Təsəvvür etməzsiniz, bu qeyr-adi bir təqdimat idi. Məni doğru başa düşün:özümü tərifləmək kimi çıxmasın. Kitab mənim gözlədiymdən də böyük bir ajiotaj yaratdı. İki saat yarımıda bura gətirilən min nüsxə kitab rəflərdən yoxa çıxdı. Ancaq bu qədər kitabı heç bir ayda da satmaq olmaz. O qədər avtoqraf yazdım ki, inanın bamaqlarım ağrıyır.

   -Amma siz nə az, nə çox- düz on il susdunuz. Heç nə çap etdirmədiniz

   - Baxın, birincisi mən artıq bir öləkənin səfiriyəm. Vicdanla öz diplomatik missiyamı həyata keçirməliyəm. İkincisi, bununla bərabər mən ictmai işlərimi də görməliyəm. Və görürəm. Bütün bunlara görə ədəbiyyata vaxt ayırmaq mənim üçün çox çətindir. Ədəbiyyat da bilirsiniz, daima düşünmək tələb edir. Mənə elə gəlir ki, arada bir susmaq da lazımdır. Lazımdır ki, müəyyən bir potensial toplaya bilsən, dəyişiklik haqqında düşünəsən. O dəyişiklər bizim cəmiyyətimizdə də baş verib. 90-cı illərin ortalarından bu yana. Bax məhz artıq elə bir zaman, elə bir məqam gəldi ki, düşündüklərimi, hiss etdiklərimi ortaya qoya bildim. O zaman mən oturdum və çox qısa bir müddətdə altı aya romanımı yazıb bitirdim. Əvvəllər belə bir əsəri yazmağa illər lazım gəlirdi. 

   "ƏVVƏLƏR BİZ ÖLÜÇÜLÜ-BİÇİLİ YAŞAYARDIQ" 

   - "Dağlar yıxılanda" romanınızın alt qatında bir anlam var. Və romanın movzusunda da yıxılıb dağılan dağ- SSRİ üçün bir mazilik -bir nostolqiya hiss olunur.

   - Haqlısınız. İttifaq- bu bir dağ idi. O dağ dağıldı. Amma o sistemin gözəl şeyləri vardı.

   - Məsələn?

   - Bilməm ki, dəqiq necə izah edim.Amma biz çox kompakt yaşayırdıq. Bir səliqə-sahman vardı,bir ramkanın, reqlamentin içində olduğu kimi. Belə yaşamaq asan idi,rahat idi. İndi hər şey Allahın ümidinə buraxılıb. Heç kəs heç nəyə cavabdeh deyil. Hər kəs öz keyfindədir. Amma neyləmək olar? Buna da öyrəşməliyik və yaşamağa davam etməliyik.Yeni şərtlərə alışmalıyıq.

   - Belə baxanda görürük ki, Qırğızstan Yeni Dünya Düzənini çox sancılı keçirir. İnqilabi ab-hava içindədir.

   - Gəlin, bu inqilab məsələsini bir qırağa qoyaq, bu çox sürüşkən mövzudur. Amma ikicə kəlməylə desək, mənim fikrimcə bütün olanlar ? mənim məmələktim üçün bir həqiqətdir. Biz demokratiyanı mənmsəmək istəyirik, özü də təcrübələr keçə-keçə. İnsanların bir-birini anlaması gec-tez baş verəcək. Hamı buna doğru gedir. İndi əsas məsələ budur ki, hər kəs öz şəxsi məsuliyətini başa düşsün, başa düşsün ki, bizim məmləkətimizin gələcəyi necə olmalıdır. 

   "BİZİM GƏNCLƏRİMİZ AĞILLIDIR!" 

   - Hələlik, sizin romandan belə çıxır ki, bir çox şeylərdə əksiklər var. Respublikanızda,məmləkətinizdə olanlar sizi təmin etmir.

   - Sadəcə məni təmin etməyən bir çox şeylər var ki, onlaradan biri də bu bazar iqtisadiyyatı deyilən mərəkədir. Deyim ki, bizdə bir biznes sahəsi var: ovçuluq. Məsələn hər hansı bir ərəb şeyxi öz təyyarəsinə minib çamandan dolusu dollarla gəlir mənim məmləkətimə və başlayır bəbirləri ovlamağa. Və insanlar da bütün olanları tökürlər onların qabaqlarına. Ən müqəddəs olan şeyləri də onların ayaqlarının altına atırlar. Deyim ki, indi mənim Qırğızstanımda artıq köçəri, qırıcı adında ov quşlarının nəsli kəsilməkdədir. Mənim ölkəm bu quşlarla fəxr edirdi. Qartalları və daha başqa heyvanları tökürlər bu gələnlərin ayaqlarının altına .Ona gərə ki, bura gələn ovçulur çamadanlarla pullar gətirirlər. Baxın görün, bu bazar iqtisadiyyatı nə kimi yaraları gətirir. Məhz buna görə də mənim qəhramanlarımndan biri bəbirdir. Bəlkə xatırlarsınız, mənim bütün əsərlərimdə heyvanlardan qəhrəmanlarım olmuşdur "Cəllad kötüyündə" - qurdlar ailəsi, "Kassandra damğası"da  Kremlin divarlarında yaşayan qoca bayquş. Heyvanlar bizim yaddaşımızda özünə məxsus yeri olan bir dünyadır. Bu insanlığa kənardan baxış kimi bir şeydir. Ancaq düşünməliyik ki, biz necə yaşayırıq? Ən sevindirici budur ki, gənclik bu barədə fikirləşir.

   - "Ədəbi gəlin"i romanından sonra sizi sevənlər nə gözləyir?

   - Yaradıcılq planları haqqında danışmaq istəmirəm. Çox zaman demişəm və bu baş tutmayıb. Bir vaxtlar "QAR ÜZƏRİNDƏ MƏRYƏM" əsərimdən parçalar çap etdirdim. Sonra oxcular soruşdu ki,roman hanı? O ordadır. Qar üstündə. Mən də bir türlü ora çata bilmirəm. Amma bitirməliyəm bu işi.

   - Romanınızda çox parlaq bir sevgi xətti var. Baş qəhrəman təsadüfən yolda bir qadına rastlanır,ona vurulur. Siz həqiqətənmi belə anların olduğuna inanırsınız?

   - Bu sevgidə saysız gözlənilməz olqular var.Belə də olur ki,insanlar illərlə bir-birini müşahidə edir. Amma danmaq olmaz ki, həyatda dediyiniz anlar da var.

   - Başnıza belə bir iş gəlibmi.Romanınızdakı kimi?

   - Həyat gözlənilməz və anlaşılmaz şeylərlə doludur.Amma nələr olubsa onlar artıq mənim üçün bir mifdir. ?Əbədi gəlin?? haqqında olan bir əfsanə kimi .

   Lidiya Pavlenkodan çevirmə (T.Abdin)

çap versiyası  
poçtla göndər
© Lit.az             


  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107