Azərbaycan ədəbiyyatı
AZ | RU | EN | FR | DE |  
www.lit.az
Lit.az
XəbərlərKitabxanaDərc olunmaq üçünƏdəbi tənqidPublisistikaBizimlə əlaqə

 Romanlardan...

Qustav Flober
Qustav Flober
Madam Bovari, əyalət adətləri

Orxan Pamuk
Orxan Pamuk
Cövdət bəy və oğulları

Lev Nikolayeviç Tolstoy
Lev Nikolayeviç Tolstoy
Anna Karenina

 Baza statistikası

    Əsərlərin sayı: 993
    Məqalələrin sayı: 843
    Fotoların sayı: 1071

 Yeni olmayan...

Sabir ƏhmədliSabir Əhmədli
Əvvəlki yazarlara kənd bağışlayıblar, bizə də təqaüd ayırırlar

 --------------------------------
Əli ƏmirliƏli Əmirli
Bu yerdə mənim personajlarımdan biri "Mayn qod" deyərdi

 --------------------------------
Anar
Nə qədər imkanım var istedadlı adamları qorumağa hazıram

 --------------------------------
Əkrəm ƏylisliƏkrəm Əylisli
Ədəbiyyata çox ciddi bir nəsil gəlməkdədir. Amma, hələ çalxalanma gedir
 --------------------------------
Elçin ƏfəndiyevElçin Əfəndiyev
Ədəbi proses nədir? Hərənin öz imkanının və səviyyəsinin göstəricisidir
 --------------------------------
Qılman İlkin
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə ovcundan su içmişəm

 --------------------------------
Afaq Məsud
Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur

 --------------------------------
Qəzənfər Kazımov
Yeni Azərbaycan nəsrində vahid forma, vahid "üslub" yoxdur

 --------------------------------
Tofiq AbdinTofiq Abdin
Şeir və nəsr yazan ciddi ədəbiyyat adamı hesab olunurmuş

 --------------------------------
Vidadi BabanlıVidadi Babanlı
Ədəbi mühitdə münasibət arxa plana keçməlidir

 Parafraz

     T.Mommzen:
     İnsanın qismətinə düşən acizliklərin ən rəzili onun özünə əslində olduğundan güclü görünməsidir

     Luis Borxes:
     Ədəbiyyat- idarə oluna bilən yuxugörmədir

     Şekspir:
     Yenilən şəxs təbəssüm edərkən, yenən şəxs qələbəsinin ləzzətini itirir

 Mükafatlar

International Journal of Academic Research!
"Beynəlxalq Elmi Araşdırmalar Jurnalı" (ISSN: 2075-4124)ölkəmizdə nəşr olunan ingilisdilli elmi jurnaldır. Jurnalda elmin müxtəlif sahələrini əhatə edən tədqiqat işləri dərc olunur. BEAJ dünyanın 60-dan artıq ölkəsinə yayılır.







Abasxan Nəsirli

Möcüzələr qəsəbəsi

I

       Gülbaxış qürbətdən gələli bir gün də rahatlıq bilməmiş, vətəndə olacağı ay ərzində bütün vacib işləri görüb başa çatdırmaq istəmişdi. Bizneslə məşğul olduğu illər ərzində də belə olmuş, gecəni gündüzə qatmışdı. Orada –Moskvada, nəhayət, öz istəyinə çatmış; doğma  yurda – Azərbaycanın  Nuraş qəsəbəsinə cib dolusu dollarla qayıtmışdı. İşin tərsliyindən gələn kimi anası ilə məsləhəti baş tutmamış, ailədə söz çəpləşmişdi. Yəni oğul evi satıb qəsəbənin kənarında geniş həyətli yurd yaratmaq fikrini açıqlayanda ana mehir saldığı ocağı tərk etməyəcəyini qəti söylədi. Gülbaxış naçar qalıb fikrindən vaz keçdi! Ancaq bu, oğulun iki sutkalıq gərgin narahatlığından sonra mümkün oldu. Belə ki, anasını başa salmaqdan ötrü əvvəlcə qələm – dəftər götürdü və «çertyoj» adlandırdığı qəribə şeylər çəkdi, onlardan əməlli bir şey başa düşmədiyindən ana fikrindən dönmədi. Anasını dünyalar qədər sevən oğul evi satmaq məsələsini kənara ataraq ata yurdunda  işə başlamışdı.
      Ana bir xeyli zəhmət tələb edən yenidənqurmanı «paçunkə» adlandıranda (o, hay – küyü dünyanı tutan Qorbaçov «yenidənqurmasını» da beləcə – «paçunkə» sayardı) Gülbaxış ürəyində demişdi: «Səbir elə, bu «paçunkənin» nə aləm yaratdığını görəndə səhvini başa düşərsən».
      Valideynləri bu yerin ilk sakinləri olduğundan Nuraş qəsəbəsinin mərkəzindəki evlərinin həyəti, sən deyən, geniş deyildi. Bir vaxt bura 6 – 7  evdən ibarət oba idi. Magistral yola yaxın olduğundan ətraf kəndlərdən köçüb gələnlərin hesabına böyümüş, səliqə – sahmanlı, gözəl, müasir qəsəbə olmuşdu. Adamların güzəranı pis deyildi, elə ki, keçid dövrü gəldi, dolanacaq çətinliyi də ovxarlı qılınc kimi gəlib  qəsəbənin başı üstünü kəsdi… Qəsəbədə imkanlı ailələr az idi, əksəriyyəti gündəlik dolancağını zorla təmin edirdi. Bununla belə adamlarda pessimizm hiss olunmurdu. Dönə – dönə təkrarlanan: «səbir edin, keçid dövrü belə olmalıdır» çağırışları adamlara ümid verirdi.
      Aylar, illər bir – birini əvəz edir, keçid dövrü saqqıza dönüb uzandıqca uzanırdı. Qəsəbədə iş tapmayan gənclər Bakıya gedib kirayədə yaşayır, «qul bazarı» nın həmişəlik sakini olurdular. Gülbaxışın ailəsi də çətin dolananlardan idi. Qul bazarında o da bir həftə veyillənmiş, qəsəbəyə utana – utana, əli ətəyindən uzun qayıtmış, arvadının zinət şeylərini, anasının əldə toxunma «Qoşa bülbül» xalçasını satıb min dollar düzəltmiş və MDB və Yaxın Şərq  gənclərini nəhəng maqnit kimi çəkən Moskvaya yollanmışdı.
      Moskva şəhərinin nəhəngliyi, qaynayan insan dəryalılığı Gülbaxışı heyrətləndirdi, ancaq bu hal uzun çəkmədi, bazar uşaqlarının qazancla bağlı söhbətləri heyrəti üstələdi. O, burada konteynerı olan bir azərbaycanlı ilə sövdələşib satıcı oldu, gətirdiyi pulu da verdi ki, mayasını gücləndirsin. İkinci ilə ayaq basanda Gülbaxışın iki min dolları vardı. Ailəsinə də ayda yüz dollar göndərirdi. Keçmişdəkilərdən fərqli olaraq pul göndərmək lap asanlaşmışdı: gündə bazarı dolanan bir nəfər Nuraş qəsəbəsinə göndərilən məbləği toplayır (bu adam da əslən həmin qəsəbədəndir),  banka pulları təhvil verir, 45 – 50 dəqiqədən sonra əmanət onun Nuraşdakı qardaşından götürülürdü. Pasport qeydiyyatı məsələsi, butulka toplamaq işi ilə məşğul olanların çoxbilmişliyinə, çevikliyinə – bir  sözlə, moskvalıların hər şeydən pul çıxarmaq bacarığına o  mat qalırdı. 

 davamını oxu

çap versiyası  
poçtla göndər
© Lit.az             


  Xəbərlər

   InterLit

Türk ədəbiyyatı
Türk ədəbiyyatı
Nazim Hikmət, Cevdət Anday, Nesin...

Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı
Viktor Hüqo, Andre Morua, Balzak...

Rus ədəbiyyatı
Rus ədəbiyyatı
Dostoyevski, Turgenev, Bulqakov...

Alman, skandinav ədəbiyyatı
Alman, skandinav ədəbiyyatı
Henrix Böll, Elfrida Yelinek, Turrini...

Böyük Britaniya ədəbiyyatı
Böyük Britaniya ədəbiyyatı
Şekspir, Aqata Kristi, Harold Pinter...

İtalyan, ispan ədəbiyyatı
İtalyan, ispan ədəbiyyatı
Luici Pirandello, Qarsiya Lorka...

Amerika ədəbiyyatı
Amerika ədəbiyyatı
Uilyam Folkner, Borxes, Markes...

Şərqi Avropa ədəbiyyatı
Şərqi Avropa ədəbiyyatı
Xristo Botev, Geo Milev, Karaslavov ...

Hind, yapon ədəbiyyatı
Hind, yapon ədəbiyyatı
Rabindranat Taqor, Yasuoka Syotaro...

Ərəb, fars ədəbiyyatı
Ərəb, fars ədəbiyyatı
Nüaymə, Cübran Xəlil, Sipehri...

Afrika, Asiya ədəbiyyatı
Afrika, Asiya ədəbiyyatı
E.Mpaxlele, Çinua Açebe, Tolu Acaye...

  Bu həftə kitabxanada

Alber Kamyu
  Alber Kamyu

   Taun


  Şərhsiz

Lənətə gələsən, Kafka








...Coan Roulinqə qəribə banderol
...İosif Brodski ilə telefon söhbəti
...Mənim 100 ilim
...Nankindən Parisə gedən yol
...Küçələr də qərib, sevdiklərim də
...Toxunmaq qadağandır
...Bir görüşün tarixçəsi

   Post skriptum

Jan Mari Qustav Leklezio
Qustav Leklezio:

Doris Lessinq

   Copyright © 2007-2010, Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqları "Proqres" İnternet və Poliqrafiya xidmətləri Şirkətinə məxsusdur.
   Saytın hazırlanması: www.proqres.com
   Materiallardan istifadə edərkən www.lit.az portalına isnad mütləqdir.
   Müəlliflərlə portalın mövqeyi eyni olmaya bilər.
   Bütün materiallar tanışlıq xarakteri daşıyır.
   Onlardan kommersiya məqsədli istifadə qadağandır.
   Müəllif hüququ obyekti müəllifin istəyilə portaldan çıxarıla bilər.

International Standart
Serial Numbering for Lit.az

ISSN 2075-7107