Əsas səhifə................................................................ Ölümün ədaləti
Tarix: 22.02.10// Müəllif: Alov
Biri vardı, biri yoxdu, yer üzündə bütün canlıların yaradıcısı olan Həyat adlı hökmdar vardı. Bu hökmdarın Ölüm adlı xidmətçisi yer üzünün təmizliyinə, təzəliyinə, gözəlliyinə cavabdeh idi, ona görə də harda solan, qocalan, xəstələnən, çirklənən, çirkinləşən görürdüsə, hökmdarı Həyatın əmri ilə onu özünün Yoxluq Aləminə aparırdı. Yer üzünün bütün diriləri öz yaradıcıları olan Həyatı sonsuz bir məhəbbətlə sevir, Ölümə isə şiddətli nifrət bəsləyirdilər. Ölüm dirilərin ona olan nifrətindən sarsılır, əzab çəkirdi. Bir gün daha dözə bilmədi, üzünü Yer üzünün bütün dirilərinə tutub dedi: - Ay dirilər, nə olar mənə belə nifrət etməyin. Mən günahsız bir əmr quluyam. Demirəm məni Həyat qədər sevin, amma məndən bu qədər zəhləniz getməsi ədalətsizlikdir.
.........................................................................................[davamını oxu]
Göydən bir ulduz axdı…
Tarix: 21.02.10// Müəllif: Dos.Dr. Sahbaz Şamıoğlu
Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının akademiki, Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin sədri, dünyadan vaxtsız köçmüş Valeh Hacıyevin əziz xatirəsinə
Mənsub olduğu xalqın ədəbi-bədii, elmi-pedaqoji, ictimai-siyasi fikir tarixində silinməz izlər qoymuş şəxsiyyətlər cismən bu dünyanı tərk edəndə onlar haqqında keçmiş zamanda danışılmır. Çünki yaşadığı zamana, içində olduğu mühitə öz möhrünü vura bilən insanlar ölmürlər; onlar səmada axan ulduz kimi, sadəcə, yaşadıqları məkanı dəyişirlər… Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Valeh Hacıyev haqqında da keçmiş zamanda danışa bilmirəm və bütün varlığımla inanıram ki, ayazlı-şaxtalı bir qış günündə Borçalıda adamlar əbədiyyət yolçuluğuna çıxan Valehin arxasınca "bu gecə bir ulduz axdı" dedilər…
.........................................................................................[davamını oxu]
Milli azadlıq fədailərinin poetik dünyası
Tarix: 20.01.10// Müəllif: Almaz Ülvi
Azərbaycan dünyasının indiyədək yaşanmış tarixinə nəzər salanda, ən qabarıq və aydın görünən ülvi məqsədi, milli müstəqilliyi, vətən azadlığı və demokratik həyat uğrunda mübarizəsi olub. Milli tarixin bu gedişatını təsəvvürümüzdə dolğunlaşdırmaq üçün apardığımız araşdırmalar içində diqqətdə dayanan dünyəvi dəyərə malik hadisə, fakt 1918-ci il 28 mayda Azərbaycan Demokratik Cümhuriyyətinin elan olunmasıdır. Yeni dövlətin dadını-tamını, 1918-1920-ci illərdə yaşanan günlərin bədii əksini o dövrün ədəbiyyatında bütün zənginliyi ilə görmək mümkündür. Bağrımdan qopmayan 20 yaşlı bir şəhid şairin - Ülvi Bünyadzənin tale sirrinə bələd olmaq üçün 1918-20-ci illərin ədəbi-gənclik səhifəsini vərəqlədim: 19 yaşlı Cəfər Cabbarlı, 19 yaşlı Ümmükülsüm, 19 yaşlı Əli Yusif (ADC-nin Fransaya təhsil almaq üçün göndərdiyi 100 nəfərdən biri), 26 yaşlı Əhməd Cavad imzalı şeirləri ilə rastlaşdım.
.........................................................................................[davamını oxu]
Xuan Karlos Onetti. Sağalma
Tarix: 18.01.10// Tərcümə: Nəriman Əbdülrəhmanlı

Günortaya yaxın adətən yüngül təmas - yalnız kişi pəncəsindən qopan qumun yumşaq qıdını hiss eləyirdim. Yarıyuxulu halda onun gövdəsinin kölgəsində tənbəl-tənbəl gərnəşirdim, gözlərimi gülümsəyən sifətində sürüşdürə-sürüşdürə çevrilirdim. Adəti üzrə o, soyunub çimərlik tumanını geyinirdi. Bu kişinin kəskin cizgili üzü həmşə təbəssümlü, amma anlaşılmaz qalırdı. Həmin ifadə mənə hansısa naməlum heyvanın üzünü həddən artıq xatırladırdı. Yalnız aprelin sonunda, artıq bundan çox-çox uzaqlarda olanda, tez-tez dəyişən payız gələndə qəfildən başa düşdüm ki, onun üzü şən-şaqraq balaca meymun üzünə oxşayırmış.
.........................................................................................[davamını oxu]
Martin Kamey. Birinci ağı
Tarix: 17.01.10// Tərcümə: Vüsal Nuru

Yorulduğum zaman, Yaşımla artan zaman qayğılarım Təzə ağrılarım qurbanlıq quzu kimi uzatdığı an məni tabuta. Öldüyüm zaman qoy qoca qadınlar tutsun yasımı. Ölüləri üçün ağlasınlar üstümdə.
Yalnız bir istəyim var qadınım: yadındamı iki öküz kəsdik atam öldüyündə? ətiylə acları doydurduq
.........................................................................................[davamını oxu]
Neyratron layihəsi
Tarix: 25.12.09// Müəllif: Fərhad Məmmədov
- Bax...indi çıxmalıdır. Artıq üçüncü gündür ki, saatı qeydə alıram...hər gün eyni vaxt 4.30, gecə yarı - Sizin binadan çıxır, yoxsa...başqa yerdən gəlir... - Vallah, orasını dəqiq deyə bilmərəm...O elə qəfildən peyda olur ki, haradan çıxdığını hara getdiyini güdmək olmur...Qorxumdan balkondan güdürdüm, özüm ikinci mərtəbədə qalıram...dünən mətbəxin işığını söndürdüm ki, onu rahat güdə bilim...Amma elə bil o hiss edirdi ki, onu kimsə güdür, ağzının altında bir təhər bağırtımı deyim, iniltimi deyim, qəribə səslər çıxarıb elə hey binanın mənzillərinə ümumi göz gəzdirirdi. - Görünüşü yadındadır? - Düzdür qaranlıq olsa da, bəzi şeyləri seçə bildim...Topuğuna qədər uzanmış boz və ya (qaranlıqda ayırd etmək olmurdu) digər açıq rəngli plaş geymişdi...olduqca nimdaş idi...Başında da,...lənət şeytana həmişə o papağın adı yadımdan çıxır...o, soyuq zonalarda xidmət edən əsgərlər qışda başları nə qoyurlar...bax ondan. Bildin də, qulaqları açılıb bağlanan.
.........................................................................................[davamını oxu]
Ədəbi sekvestr və ya AYB-nin nəşrlərinin aqibəti necə olacaq?
Tarix: 22.12.09// Müəllif: Lit.az
İqtisadçılar, maliyyə və kredit işi sahəsində çalışan və ya bu səhəni az-çox bilənlərə məlumdur ki, “sekvestr” yaxşı şey deyil. Əvvəla ondan başlayaq ki, bu termin dövlətin başlıca maliyyə sənədi olan Dövlət büdcəsi ilə bilavasitə bağlıdır və “kəsib atmaq”, “qısaltmaq” felləri ilə sinonimdir. Hamımıza bəllidir ki, büdcə iki hissədən-gəlir və xərclərdən ibarət olur. Əgər gəlir xərclərdən çox olursa buna “büdcə profisiti” (büdcə artımı), xərclər gəlirlərdən çox olursa “büdcə defisiti” (büdcə kəsiri) deyirlər. Dünyada çox az ölkə tapılar ki, orada “büdcə profisiti” iqtisadi-sosial həyatda dominantlıq təşkil etsin. Başqa sözlə, bizim üçün “büdcə defisiti” anlayışı daha yaxındır. Əgər “büdcə defisiti” proqnozlaşdırılandan artıq olursa o zaman “sekvestr” əməliyyatı aparılır, yəni xərclər daha da azaldılır. Bu gün Azərbaycan Respublikasının 2010-cu il büdcəsi təsdiq olunub. Ötən il olduğu kimi bu il də büdcə kəsirli olub. Üstəgəl büdcə kəsirinin həcmini azaltmaq üçün sekvestr aparılıb. Özü də sekvestr bilavasitə ədəbiyyat sahəsinin maliyyələşdirilməsində özünü biruzə verib.
.........................................................................................[davamını oxu]
Akademik Ramiz Mehdiyev: "Bizim bəzi yazıçılar mənim söylədiklərimə münasibətdə dərhal özlərinə müdafiə mövqeyi tutmağa tələsdilər"
Tarix: 17.12.09// Həmsöhbət: AzərTac
Sual: Ramiz müəllim, noyabrın 21-də Dövlət İdarəçilik Akademiyasında keçirilən məlum müşavirədə Sizin çıxışınız çox aktual bir mövzuya həsr olunmuşdu. Həmin çıxışınızda və eləcə də dekabrın 8-də “Azərbaycan” qəzetində dərc olunmuş “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məqalənizdə ictimai-siyasi və humanitar elmlərin ölkəmizdə vəziyyəti nəzərdən keçirilmiş, bütövlükdə Azərbaycan elminin bu gün öz üzərinə düşən vəzifəni nə dərəcədə yerinə yetirməsi və bunun lazımi səviyyədə olub-olmaması ilə bağlı mühüm problematik məsələlər qaldırılmışdır. Siz xüsusi vurğulamışdınız ki, bu gün dünyada “Azərbaycan modeli” kimi bir anlayış formalaşmaqdadır və dövlətimiz də, onun rəhbəri də bunu müsbət inkişaf yolu olaraq təqdim edir. Sual edirsiniz ki, həmin modelin “işləməsi” üçün ictimai-siyasi elmlər nə edib və “Azərbaycan modeli”nin elmi ümumiləşdirilməsi üçün indiyədək hansı işlər görüblər?
.........................................................................................[davamını oxu]
Regina probatium! "Şüşə saray" romanından parça
Tarix: 10.12.09// Müəllif: Elmira Axundova
Cavanşir, ləngimədən yığışdı, hələ də adının yazılmış olduğu "N" saylı hərbi hissəyə gəldi, bələdiyyə polisinə işə keçdiyini deyərək, sənədlərini ordan götürdü. Evdə isə onu iki nəfər mülki paltarlı adam gözləyirdi. Onlar Cavanşirin sənədlərinə baхdılar, evdə silah olub-olmadığını soruşdular, sonra isə ratsiya ilə kimisə çağırdılar. Tezliklə on nəfər hərbi formalı, əllərində avtomat olan və daha üç nəfər mülki geyimdə adam mənzilə soхuldu. "Qonaqlar" özlərini Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edərək, çaşıb qalmış ev yiyəsinə dedilər ki, onlarda olan əməliyyat məlumatına görə, bu evdə silah var. Sonra qonşuları dəvət edib, aхtarış apardılar. Akt tərtib etdilər ki, heç bir şey tapılmayıb. Lakin hadisələr bununla bitmədi. Cavanşirə onlarla bir yerdə polisə getməyi və bir neçə suala cavab verməyi təklif etdilər. Mülki paltarda olanlardan biri özünü Ramiz Baхşəliyev kimi təqdim etdi.
.........................................................................................[davamını oxu]
Virtual məkanda niklər aləmi
Tarix: 09.12.09// Müəllif: Vüqar Haqverdiyev
Bu gün internetdə saysız-hesabsız nikneymlərə ("nickname" ingilis dilində ləqəb, təxəllüs deməkdir), qısa desək, niklərə rast gəlmək olar. Müxtəlif insanlara məxsus olan bu niklərin başlıca vəzifəsi virtual aləmdə öz sahibini anonim saxlamaq və onu uydurma ad altında gizlətməkdir. Bu baxımdan nikləri təxəllüslərin müasir forması hesab etmək olar. Çünki, təxəllüslər də ilk dəfə yarananda məhz müəlliflərini anonim saxlamaq funksiyası daşımışdır. Demək olar ki, bütün xalqların ədəbiyyatında əsl adını gizlədən ədiblər olmuşlar. Onları belə addım atmağa müxtəlif səbəblər məcbur etmişdir. Bir çox müəlliflər təqibdən qorunmaq üçün, digərləri adlarının yaxşı səslənmədiyinə görə və ya eyni adlı başqa yazanla səhv düşməmək üçün təxəllüslərdən istifadə etmişlər. İctimai vəziyyətləri açıq ədəbiyyat sahəsində fəaliyyət göstərməyə icazə verməyən insanlar da müxtəlif gizli adlar altında fəaliyyət göstərmişlər.
.........................................................................................[ davamını oxu]
çap versiyası
poçtla göndər
© Lit.az
|